Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı fəaliyyət planı hazırlanıb


  • 2 May 18:58

"Məhkumların hüquqlarının qorunması Ədliyyə Nazirliyinin əsas prioritetlərindən biridir".

E-huquq.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ləman Hüseynzadə mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində" mövzusunda keçirilən ikinci forum çərçivəsində "Konstitusiya və Suverenlik İlində media gündəmi" adlı panel sessiyada deyib.

O, ötən il "Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının imzalandığını xatırladıb: "Bu sərəncam məhkumların sosial reabilitasiyasını, onların cəmiyyətə inteqrasiya proseslərini möhkəmləndirilməsini və məhbusların gələcəkdə azadlığa çıxdıqdan sonra iş tapmasına, məşğulluğuna müsbət təsir edəcək, həmçinin azadlığa çıxan məhkumların ikinci dəfə cinayət törətməsinin də qarşısını alacaq".

L.Hüseynzadənin sözlərinə görə, məhz bu istiqamətlərdə müvafiq dövlət qurumlarının iştirakı ilə işçi qrup yaradılıb: "Fəaliyyət planı hazırlanıb və plan təsdiq edilməsi üçün təqdim edilib".

Humay Eminqızı

Oxşar xəbərlər