- 14:57
Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə yağıntılar leysan xarakterlidir.
E-huquq.azxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Düşən yağıntının miqdarı Qaxda 54 (aylıq normanın 43 %-i), Zaqatalada 48 (aylıq normanın 38 %-i), Balakəndə 45 (aylıq normanın 36%-i), Bakıda və Abşeron yarımadasında 13 (aylıq normanın 66%-i), Gəncədə 12 (aylıq normanın 28 %-i), Gədəbəy, Daşkəsən, Cəlilabad, Lerik, Şəmkir, Yardımlı, Lənkəran, Astara, Ceyrançöl, Neftçala, Şahdağ, Şahbuz, Göygöl, Şəki, Oğuz, Şamaxı, Tərtər, Mingəçevir, Göyçay, Ağstafa, Naxçıvan, Şərur, Kürdəmir, Beyləqan, Biləsuvar, Ordubad və Sabirabadda 3-9 mm olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Aran rayonlarında 15, Naxçıvan MR-da 9, dağlıq rayonlarda isə 7 dərəcəyədək isti qeydə alınıb.
Ölkə ərazisində fasilələrlə müşahidə olunan yağıntılı hava şəraitinin 7-si gündüzdən tədricən kəsiləcəyi, 8-i əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.