Dənizkənarı Bulvar İdarəsi 115 min manatlıq sifariş verdi


  • 7 May 17:20

"Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsinin Dövlət bayrağı dirəyinin uzunmüddətli istismarını təmin etmək, dayanıqlılığını artırmaq və güclü külək təsirlərinə qarşı müqavimətini yüksəltmək məqsədilə əlavə tədqiqatların aparılması və texniki hesabatların hazırlanması xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurulub.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Svend Ole Hansen ApS" şirkəti olub.

Qalib şirkətə 115.296 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər