- 18:45
Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir.
E-huquq.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib ki, məhz Ulu Öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə gəlməsindən sonra ölkəmiz inkişaf yoluna qədəm qoyub.