- 17:51
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bu gün paytaxtda baş vermiş qəzaların görüntülərini yayıb.
E-huquq.az quruma istinadən xəbər verir ki, həmin hadisələr nəticəsində yol infrastukturuna ziyan dəyib.
Bildirilib ki, səhər saatlarında paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda qeydə alınan qəzadan da ehtimal olunur ki, sürücü dönmə işığını yandırsa da, digər nəqliyyat vasitələrinin məsafəsini və hərəkət sürətini düzgün qiymətləndirmədiyinə və təhlükəsiz şərait yaranmadan manevr etdiyinə görə yol-nəqliyyat hadisəsi olub.
Həmçinin səhər saatlarında paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat işıqforu yararsız vəziyyətə düşüb, piyada işıqforuna isə zərər dəyib. İlkin ehtimala görə, qəza sürücü diqqətsizliyi səbəbindən olub.
Hazırda NİİM tərəfindən işıqforların yeniləri ilə əvəz edilməsi işləri görülür.