Biləsuvar Rayon İcra Hakimiyyətinin tenderi baş tutmadı


  • 17:27

Biləsuvar Rayon İcra Hakimiyyətinin Biləsuvar Rayon Heydər Əliyev parkında yerləşən fəvvarələrin cari təmiri işlərinin satınalınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

Qeyd edək ki, həmin tenderin dəyəri 35.598,11 manat olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər