- 16:51
Son günlər "WhatsApp" vasitəsilə istifadəçilərin hesablarına icazəsiz giriş cəhdləri sürətlə artıb.
E-huquq.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin vətəndaşlara müraciətində qeyd olunub.
Bildirilib ki, şübhəli keçidlərə daxil olmaq, tanımadığınız şəxslərdən gələn linklərə klikləmək və təsdiqləmə kodlarını paylaşmaq böyük risk yaradır:
"Heç bir halda SMS və ya "WhatsApp" təsdiqləmə kodlarınızı başqaları ilə bölüşməyin!".
