"Tərtər regionunda həyata keçirilən qazlaşdırılma prosesində sizin əziyyətiniz böyükdür. Bu baxımdan SOCAR "Azəriqaz" İB rəhbərliyinin hər zaman diqqətindəsiniz".
E-huquq.az xəbər verir ki, bu sözləri Birliyin baş direktorun müavini Ceyhun Şıxəliyev Tərtər Regional qaz istismarı İdarəsinin əməkdaşları ilə görüşü zamanı qeyd edib.
O, baş direktorun adından nəzarətçi-çilingərlərə təşəkkür edib.
Daha sonra qurum rəsmisi Tərtər RQİİ-nin xidmət sahələrində çalışan 19 əməkdaşı Fəxri Fərman və hədiyyə ilə təltif edib, onlara işlərində uğurlar arzulayıb.
