Məzmuna keç

“Azəriqaz” Siyəzəndə sahibkarlarla görüş keçirdi –

“Bizim bugün buraya gəlməkdə məqsədimiz sizin təbii qazla bağlı yaranmış problemlərinizin aradan qaldırılmasına köməklik etmək, eyni zamanda təklif və müraciətlərinizi Birlik rəhbərliyinə çatdırmaqdır".

E-huquq.az xəbər verir ki, bu sözləri Siyəzən rayonunda sahibkarlarla keçirilən “Səyyar qəbul otağı"nda Birliyin Qazın balansı və hesabatı şöbəsinin rəis müavini Ceyhun Abdullayev bildirib. Görüş zamanı Birliyin məsul şəxsləri ilə birgə KOBİA nümayəndəsi də aksiya iştirakçılarının müraciətlərini dinləyib.

Sahibkarlardan Nəbi Hacıyev dövlət yoxlamasına göndərilmiş ona məxsus qaz sayğacının yenidən özünə qaytarılmasını xahiş edib.

Şabran rayonundan olan sahibkar Talıb Həsənov isə ötən “Açıq mikrofon” aksiyasında səsləndirdiyi müraciətinin müsbət həll olunmasına görə təşəkkür edib.

Aksiyada sahibkarlarla yanaşı, sakinlər də öz müraciətlərini ünvanlayıblar. Belə ki, çıxış edən Siyəzən rayonu, Yenikənd sakinləri – Teyfur Məmmədov, İlham Aslanov və Bəybala İsgəndərov yaşayış məntəqəsinin qazlaşdırılmasını istəyiblər.

Xalid Bədəlov isə həyətyanı sahəsindən keçən küçə qaz xəttinin yerinin dəyişdirilməsini xahiş edib. Səsləndirilən bütün müraciətlər qeydiyyata alınıb.