Bu gün gecə saatlarında Gədəbəy və Qazax, sabah isə Balakən və Yardımlı rayonlarının dağ və dağətəyi kəndlərində hava şəraitinin kəskin soyuması ilə əlaqədar olaraq qaz təchizatında məcburi fasilələr yaranacaq.
Bu barədə e-huquq.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, havaların kəskin soyuması qaz xətlərində texniki nasazlıqlara səbəb olub, nəticədə qaz sızmaları baş verib.
"Təhlükəli vəziyyətin dərhal aradan qaldırılması üçün ərazilərə "Azəriqaz" İB-nin Qəza-bərpa xidmətinin əməkdaşları ezam olunub. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, qəza şəraitinin aradan qaldırılması istiqamətində bütün mümkün tədbirlər görülməkdədir", – məlumatda qeyd olunub.
