Məzmuna keç

BDU-nun Hüquq fakültəsinin müəllim və tələbə heyəti Qarabağdakı aksiyada iştirak edir –

Azərbaycan Respublikası vətəndaş cəmiyyəti nümayəndələri və qeyri-hökumət təşkilatları fəalları tərəfindən təbii sərvətlərin talanması və ətraf mühitin çirkləndirilməsinə qarşı Laçın-Xankəndi yolunda keçirilən dinc aksiyada Bakı Dövlət Universitetinin Hüquq fakültəsi də iştirak edir.

E-huquq.az xəbər verir ki, aksiyada Hüquq fakültəsi öz dəstəyini müəllim və tələbə heyətinin iştirakı ilə göstərib. Hüquq fakültəsinin müəllim və tələbələri bu aksiyada iştirak etməklə təbii sərvətlərin talanması və ətraf mühitin çirkləndirilməsi əleyhinə şüarlar səsləndiriblər.

Aksiyada Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru Zaur Əliyev, beynəlxalq ekologiya hüququ sahəsində ixtisaslaşan hüquq üzrə elmlər doktoru Turqay Hüseynov, Beynəlxalq ümumi hüquq kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Pərviz Həsənov, fakültə tələbə gənclər təşkilatının sədri, 3-cü kurs tələbəsi Nihad Rəhimli, fakültə tələbə həmkarlar təşkilatının sədri, 3-cü kurs tələbəsi Eltac Allahyarlı, 2-ci kurs tələbəsi Aytac Əliyeva (SABAH qrupu), 2-ci kurs tələbəsi Nizami Mehralıyev, 2-ci kurs tələbəsi Cəfər Məmmədov iştirak ediblər.

Hüquq fakültəsinin müəllim və tələbə heyəti aksiyada iştirak etməklə təbii sərvətlərimizin talanmasına və ətraf mühitin çirkləndirilməsinə son qoyulmasını tələb edərək, digər vətəndaşlarımızı, dünya ictimaiyyətini, beynəlxalq təşkilatları insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən bu aksiyaya dəstək verməyə çağırış ediblər.