Məzmuna keç

“Azəriqaz” 2022-ci ilin 11 ayı ərzində daxil olan şikayətlərin sayını açıqladı –

SOCAR “Azəriqaz” İstehsalat Birliyində media nümayəndələrinin iştirakı ilə növbəti “Açıq qapı” aksiyası keçirilib.

E-huquq.az xəbər verir ki, tədbirdə çıxış edən Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev 2022-ci ilin 11 ayı ərzində quruma 7800 müraciətin daxil olduğunu bildirib. Qurum rəsmisi bu müraciətlərin 5805-nin “Opentext” proqramı vasitəsilə ünvanlandığını qeyd edib.

Ənənəvi aksiyada çıxış edən Birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək isə daxil olan məlumatların ötən ilin analoji dövrü ilə müqayisədə azaldığını vurğulayıb. Şöbə rəisi bunun da əsas səbəblərindən biri kimi Birliyin həyata keçirdiyi aksiyaları və maarifləndirmə tədbirlərini qeyd edib.

“Açıq qapı” aksiyasında digər məsələlər də müzakirə olunub. Jurnalistləri maraqlandıran suallara ətraflı şəkildə aydınlıq gətirilib.