Bu gün “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanacaq.
E-huquq.az xəbər verir ki, imzalanma mərasimi Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Yohannisin dəvəti ilə Buxarestə işgüzar səfərə gedib.
