Azərbaycan Prezidenti İlham Əliyev İsraildə törədilən terror aktı ilə əlaqədar Prezident İsxak Hersoqa və həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını arzulayıb.
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla telefon danışığı zamanı bildirib.
İsrail Prezidenti başsağlığına görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.
