Bu gün Beynəlxalq Novruz günüdür


  • 21 Mart 09:27

BMT Baş Assambleyasının 2010-cu ildə baş tutan 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.

E-huquq.az-ın məlumatına görə, bundan əvvəl 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

“Yeni gün” mənası verən Novruz dünyada 300 milyondan artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur.

Bu bayram 3 min ildir ki, Qafqazda, Balkan, Qara dəniz hövzəsi, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir.

Oxşar xəbərlər