- 27 Aprel 20:36
"Facebook"un Azərbaycan seqmentində yaradılmış "Юрист" səhifəsinin izləyici sayı 1 milyonu ötüb.
E-huquq.az xəbər verir ki, bu barədə səhifədə paylaşım edilib.
Belə ki, dünyada milyonlarla hüquqşünas və digər şəxsləri özündə birləşdirən səhifə idarəçisi xüsusilə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırova minnətdarlığını bildirib.
Qeyd edək ki, dünyada hüquqşünaslar arasında məşhur olan "Юрист" səhifəsi 12 il əvvəl "Facebook"un Azərbaycan seqmentində yaradılıb.