Türkiyə səfirliyi Azərbaycana başsağlığı verdi


  • 21 Mart 22:09

Türkiyənin Bakıdakı səfirliyi Gədəbəy rayonunda Azərbaycan hərbi qulluqçularının qar uçqunu nəticəsində həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

E-huquq.az xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial şəbəkə hesabında paylaşım edilib.

“Martın 19-da Gədəbəydə qar uçqunu altında qalan iki Azərbaycan əsgərinin vəfat etdiyini bu gün təəssüflə öyrəndik.

Baş vermiş faciəli hadisə nəticəsində həlak olmuş qardaşlarımıza Allahdan rəhmət diləyir, Can Azərbaycan xalqına başsağlığı veririk”, – başsağlığı mətnində qeyd olunub.

Xatırladaq ki, daha əvvəl qar uçqununa düşmüş hərbçilərin nəşi tapılmışdı.

Oxşar xəbərlər