Bakı Apellyasiya Məhkəməsinin sədrində koronavirus aşkarlanıb.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, Mübariz Əkbərovun COVID-19 testinin nəticəsi pozitiv çıxıb.
Qeyd edək ki, ötən gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun koronavirusa yoluxması barədə məlumat vermişdik. Bundan, başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovda da COVID-19 aşkarlanıb.
Sevgül Qasımzadə
