Məzmuna keç

Sosial sığorta haqları üzrə daxilolmalar artıb

2022-ci il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 221,8 mln. manat və ya 5,1% artım qeydə alınıb.

Bu barədə e-huquq.az-a Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd olunub ki, büdcə təşkilatları üzrə daxilolmada ötən ilin müvafiq dövrü ilə müqayisədə 283,1 mln. manat və ya 20,3%, qeyri-büdcə təşkilatları üzrə isə 453,2 mln. manat və ya 18,5% artım müşahidə olunub.