"VİTA Aptekləri" MMC-yə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsnin 518.1 (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. İş hakim Ülviyyə Şükürovanın icraatına verilib.
Məhkəmə protokolu təsdiq edərsə, "VİTA Aptekləri“ üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Eltac Nurullazadə
