"Gəncə regionunda həyata keçirilən qazlaşdırılma işlərində sizin əziyyətiniz böyükdür. Bu baxımdan SOCAR "Azəriqaz" İstehsalat Birliyi rəhbərliyinin hər zaman diqqətindəsiniz. İşinizi layiqincə, vicdanla icra etdiyiniz üçün sizə minnətdaram".
E-huquq.az xəbər verir ki, bu sözləri Birliyin baş direktorunun müavini Ceyhun Şıxəliyev Gəncə Regional qaz istismarı İdarəsinin əməkdaşları ilə görüşü zamanı bildirib. O, baş direktorun adından nəzarətçi-çilingərlərə təşəkkür edib.
Daha sonra qurum rəsmisi Gəncə RQİİ-nin xidmət sahələrində çalışan 11 əməkdaşı Fəxri Fərman və hədiyyə ilə təltif edib, onlara işlərində uğurlar arzulayıb.
