Milli Məclisin yaz sessiyası müddətində Qərbi Azərbaycandan olan qaçqınların statusuna yenidən baxılması təklif edilib.
E-huquq.az xəbər verir ki, bu təkliflə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov parlamentin fevralın 1-də keçirilən yaz sessiyasının ilk plenar iclasında çıxış edib.
"Hesab edirəm ki, statusla bağlı qanunvericiliyə ediləcək dəyişikliklər Qərbi Azərbaycana qayıdış konsepsiyasına öz töhfəsini vermiş olacaq", – o qeyd edib.
