Məzmuna keç

Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri görüşdü –

Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri – Hulusi Akar, Zakir Həsənov və Cuanşer Burçuladze Sarıqamışda görüşüblər

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də bu ölkəyə səfər edib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun qardaş ölkədə keçirilən "Qış təlimi – 2023" beynəlxalq təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirakı planlaşdırılır.