Məzmuna keç

Deputat: “Casus şəbəkəsinin məqsədi ölkəmizdə qarışıqlıq yaratmaq, sabitliyi pozmaqdır”

"İran uzun illərdir Azərbaycanda casus şəbəkəsi yaratmaqda davam edib. Görünür ki, bu məqsədlə külli miqdarda vəsait xərcləyiblər".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, İranın məqsədi ölkəmizdə qarışıqlıq yaratmaq, sabitliyi pozmaq və Azərbaycanın milli təhlükəsizliyinə zərbə vurmaqdır.

"Daxili işlər Nazirliyinin son günlər həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində İranın casus şəbəkəsinə aid şəxslərin həbsi onu göstərir ki, Azərbaycan daxili işlər orqanları o cümlədən digər xüsusi xidmət orqanlarımız hər zaman ayıq-sayıqdır. Ölkəmizin milli təhlükəsizliyinə zərbə vurmaq niyyəti daşıyan istənilən qüvvəyə qarşı bundan sonra da ciddi addımlar atılacaq. Onların planları iflasa uğrayacaq. Azərbaycan öz milli maraqlarına uyğun, müstəqil siyasətini bundan sonra da davam etdirəcək və cənab İlham Əliyevin rəhbərliyi ilə qətiyyətli addımlarını atacaq", – deyə deputat qeyd edib.

Eltac Nurullazadə