Məzmuna keç

“Azəriqaz” yataqxanaların qazlaşdırılmamasına aydınlıq gətirdi

""Azəriqaz" İstehsalat Birliyinin yataqxana tipli yaşayış binalarını qazla təmin etmək hüququ yoxdur".

E-huquq.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyasında bildirib.

Şöbə rəisinin sözlərinə görə, buna səbəb həmin binalar tikilərkən qazlaşmanın nəzərə alınmamasıdır.

"Bu binalarda qaz təchizatı ilə bağlı təhlükəsizlik parametrləri nəzərə alınmayıb. Ona görə də biz həmin binaların qazlaşmasını həyata keçirə bilmərik. Nəzərə almaq lazımdır ki, bu, vətəndaşların özlərinin təhlükəsizliyi baxımından mümkün deyil", – deyə E.Vəliyev qeyd edib.

Eltac Nurullazadə