Məzmuna keç

Gömrük Komitəsi “McDonald”s Azərbaycan”a cərimə yazdı

“McDonald”s Azərbaycan” MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, restoran şəbəkəsi barədə Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsnin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, “McDonald”s Azərbaycan” min beş yüz manat məbləğində cərimə ediləcək.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə