Məzmuna keç

Bakıda MTK-ya cərimə yazıldı

"Mahal konstruktion” Mənzil Tikinti Kooperativinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, MTK barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsnin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Mahal konstruktion” iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə