Məzmuna keç

Bakıda narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxs saxlanıldı

Bakıda narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

E-huquq.az xəbər verir ki, Sabunçu RPİ-nin polis nəfərlərinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən 1987-ci il təvəllüdlü, Sabunçu rayon sakini İsmixanov Vəlixan Eldar oğlu saxlanılaraq 13-cü Polis bölməsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən cibindən 1 büküm, ümumi çəkisi 30,090 qram psixatrop maddə olan metamfetamin aşkar edilmişdir.

Faktla bağlı Sabunçu RPİ-də CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır.