Məzmuna keç

Naxçıvan Beynəlxalq Hava Limanında ictimai asayişi pozan şəxs həbs olundu

Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində ictimai asayişi pozan şəxs həbs olunub.

E-huquq.az xəbər verir ki, Beynəlxalq Hava Limanı ərazisində ictimai asayişi pozan və polisin qanuni tələbinə tabe olmayan Babək şəhər Qoşadizə məhəlləsində yaşayan, 1969-cu il təvəllüdlü Kərim Kərimov saxlanılıb.

Babək Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 535 -ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 20 gün müddətinə inzibati həbs tənbeh tədbiri görülüb.