"Dokta" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, apteklər şəbəkəsi barədə İnzibati Xətalar Məcəlləsinin 452.4-cü (Aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə protokol tərtib olunub.
Protokola Ağdaş Rayon Məhkəməsində hakim Aygün Mürsəlovanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Dokta" beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
