Məzmuna keç

Sumqayıtda kafedən oğurluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Sumqayıtda kafedən oğurluq etməkdə təqsirləndirilən Azər Firuqinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Hakim Ramiz Quliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasınını vaxtı hələlik məlum deyil.

Qeyd edə ki, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Azər Firuqi 11-ci mikrorayon ərazisində yerləşən kafelərin birindən 2 ədəd noutbuk oğurlamaqda təqsirli bilinir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə