Məzmuna keç

Lənkəranda 22 yaşlı qızı boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Lənkəranda gənc qızı öldürməkdə təqsirləndirilən Elvin İsmayılzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Xamməd Nuriyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 2003-cü il təvəllüdlü Lənkəran şəhər sakini E.İsmayılzadə martın 1-də Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birində Cəlilabad rayon Muğan kənd sakini 22 yaşlı Könül Ağayevanı boğaraq qəsdən öldürməkdə və növbəti gün cinayət hadisəsini gizlətmək üçün tanışının köməkliyi ilə meyiti həmin fərdi yaşayış evinin birinci mərtəbəsində basdırmaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə