Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Eldar Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib.
Hakim Rəfayil Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1976-cı il təvəllüdlü Eldar Həsənov idarə etdiyi "Mercedes" markalı avtomobillə Biləsuvar-Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun kənarında dayanan 1984-cü il təvəllüdlü Şamil Səfiyevə məxsus "FORD Transit" markalı avtomobilǝ vurub. Nəticədə sərnişin, 1965-ci il təvəllüdlü Səmədov Xaləddin Nağdı oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib. Sərnişinlərdən 4 nəfəri – Gözəlbəyli İlhan İlham oğlu, Talıbov Şahin Mehman oğlu, Həsənov Azər Xanlar oğlu və Nuriyev Zülfüqar Becan oğlu müxtəlif bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
