Məzmuna keç

Gədəbəydə kişinin boğazına ip bağlayaraq kənddə gəzdirən şəxslər hakim qarşısına çıxarılır

Gədəbəy sakininə əzab verməkdə təqsirləndirilən Səddam Əliyev, Təgin Əliyev və Cəbrayıl Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilib.

İş hakim Fizuli Mirzəquliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası sentyabrın 5-də keçiriləcək.

Qeyd edək ki, Çobankənd kənd sakini Səddam Əliyev, Arıqıran kənd sakinləri Təgin Əliyev və Cəbrayıl Hüseynov həmkəndliləri Nicat Kazımovu döyərək boğazına ip keçirib. Daha sonra N.Kazımovu dartaraq kənd ərazisində gəzdirib və S.Əliyevin qayınanasının ayağından zorla öpdürərək əzab veriblər. Həmin şəxslərə qarşı Cinayət Məcəlləsinin 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə