Ağcabədidə mağazadan oğurluq etməkdə təqsirləndirilən Nahid Hüseynovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilib.
Hakim Etibar Quliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası sentyabrın11-nə təyin olunub.
Qeyd edək ki, N.Hüseynov mağazadan tütün məmulatları və içki məhsulları oğurlamaqla təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
