Məzmuna keç

Saatlıda oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Saatlıda oğurluq etməkdə təqsirləndirilən Zaməddin Nəbizadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilib.

Hakim Vüqar Qasımovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası sentyabrın 17-nə təyin olunub.

Qeyd edək ki, Z,Nəbizadə rayon ərazisində xırdabuynuzlu heyvanlar oğurlamaqda təqsirləndirilir. Ona qarşı cİnayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə