Proses iştirakçılarının hakimin məsləhətinə riayət etməməsi nə ilə nəticələnir?


  • 20 Aprel 2021 12:10

Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Lakin bəzi hallarda proses iştirakçıları işin hallarının araşdırılmasında yardımçı olmaq vəzifələrini yerinə yetirmir.

E-huquq.az xəbər verir ki, proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır.

Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər.

Sevgül Qasımzadə

Oxşar xəbərlər