Mediasiya Şurasının İxtisas Komissiyasının üzvləri ilə mediatorlar arasında görüş keçirilib


  • 18 Dekabr 2021 17:27

Dekabrın 17-də Mediasiya Şurasının İxtisas Komissiyasının üzvləri ilə mediatorlar arasında görüş keçirilib.

E-huquq.az-ın məlumatına görə, görüşdə Komissiyasının sədri Qasım Şaliyev və üzvləri Səadət İsmayılova, Natiq Məmmədov, Şaiq Mirzəyev, Gəray Məmmədtağıyev iştirak edib.

Görüş zamanı mediasiya ilə bağlı yerli və xarici təcrübə, mediatorların ixtisaslaşma sahələri və mediatorların hesabatlılığı barədə geniş müzakirə aparılıb.

Sonda mediatorları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, yaxın zamanda Mediasiya Şurasının İxtisas Komissiyası tərəfindən hazırlanan vəsaitin nəşr olunacağı gözlənilir.

Oxşar xəbərlər