- 12 Mart 14:47
Dekabrın 18-də Mediasiya Şurasının İntizam Komissiyasının növbəti iclası keçirilib.
E-huquq.az-ın məlumatına görə, iclasda İntizam Komissiyasının sədri Sima Yaqubova, üzvləri Mayıl Əhməd, Bəylər Məmişov, Gülşən Salmanova, Komissiyanın katibi və işlərin bölgüsü üzrə məsul əməkdaş iştirak edib.
İclasda Mediasiya Şurasına daxil olan şikayətlər əsasında başlanılan 5 intizam araşdırmasının nəticələri müzakirə olunub. Barələrində intizam icraatı aparılan mediatorlarla görüşlər keçirilib və onların izahatları dinlənilib.
Peşə fəaliyyətinin həyata keçirilməsi zamanı qanun pozuntusuna yol verdiyi aşkar edilən 4 mediator barəsində komissiyanın qəbul etdiyi rəylərin qərar qəbul edilməsi üçün Mediasiya Şurasının İdarə Heyətinə göndərilməsi, 1 mediator barəsində aparılan intizam araşdırmasının davam etdirilməsi qərara alınıb.
Eyni zamanda həmin gün Mediasiya Şurasının təşəbbüsü ilə həyata keçirilən monitorinqin nəticələri müzakirə olunub. Məruzəçi M.Əhməd sorğular əsasında məhkəmələrdən Şuraya daxil olan məlumatlar və araşdırmaların nəticələri barədə Kommisiya sədrinə məlumat verib.
Qeyd olunan faktlar üzrə monitorinqin davam etdirilməsi və qısa zamanda nəticələr barədə Mediasiya Şurasının İdarə Heyətinə məlumat verilməsi qərara alınıb.