- 12 Mart 14:47
Mediasiya Şurası dövlət qeydiyyatına alınmış mediasiya təşkilatlarının formalaşdırılmasına dəstək məqsədi ilə görüş keçirib.
E-huquq.az xəbər verir ki, görüşdə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, İdarə Heyətinin üzvləri - Sima Yaqubova, Əli Nəbiyev, İxtisas Komissiyasının üzvü Gəray Məmmədtağıyev, İntizam Komissiyası üzvləri - Mayıl Əhməd, Gülşən Salmanova Təşkilatlara Nəzarət Komissiyasının sədri Bəylər Məmişov, Komissiyanın üzvləri - İlham Mehtiyev, Anar İsayev, Elçin Həsənov, Esmira Hüseynova, Fərhad Mehdiyev, İşçi Qrupun üzvləri - Hüseyn Əliyev, Dilarə Əfrasiyabova, Həsən Bayramov, yeni yaranan təşkilatlar və onların rəhbərləri - Taleh İbrahimov, Tural Şahbazov, Fərid İmanov, Cabbar Həsənov, İlhamə Həsənova, Samir Babayev iştirak ediblər.
Görüşdə iştirak edə bilməyən Gəncə 1 saylı Mediasiya Təşkilatınnın sədri Südabə Məmmədova və Mediasiya Şurasının Naxçıvan MR üzrə kordinatoru Yusif Həsənov onlayn şəkildə qatılıblar.
Görüş zamanı mediasiya təşkilatlarının fəaliyyəti, qiymətləndirmə və monitorinq qaydalarından, təşkilatların marketinq planının qurulması və bir çox məsələlərə toxunulub.
Qeyd edilib ki, mediasiya təşkilatları fəaliyyətlərində qanunvericiliyin tələblərinə ciddi əmək etməli və eyni zamanda mediasiya islahatlarında Mediasiya Şurasının qarşıya qoyduğu hədəflərə çatmalıdırlar. Mediasiya təşkilatlarının diqqətinə çatdırılıb ki, Mediasiya Şurasında yaradılmış Xüsusi Komissiya tərəfindən mediasiya təşkilatlarının ofislərini monitorinq edərək müsbət qərar qəbul edildikdən sonra təşkilatlar Mediasiya Şurasının reysterinə daxil ediləcək və fəaliyyətlərinə icazə veriləcək.
Eyni zamanda görüşdə vurğulanıb ki, fəaliyyətində ciddi inkişaf olacaq mediasiya təşkilatları yüksək qiymətləndiriləcək.