Nadir Adilov: "Mediasiya təşkilatlarına və mediatorlarla qarşılıqlı münasibətdə Korporativ Sosial Məsuliyyət prinsipləri tətbiq ediləcək"


  • 25 Dekabr 2021 21:08

Mediasiya Şurası Azərbaycan Respublikasının qanunvericliyini, normativ - hüquqi aktlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və eyni zamanda fəaliyyət göstərdiyi sektorun, sahənin fəaliyyətini tənzimləyən qanunvericilik, normativ – hüquqi aktlar və etik davranış qaydaları sahəsində ən mütərəqqi beynəlxalq təcrübəni, “BMT-nin biznes və insan hüquqları üzrə Rəhbər Prinsipləri”nin tələblərini nəzərə almaqla Korporativ sosial məsuliyyət (KSM) qaydalarını qəbul edərək öz fəaliyyətində tətbiq edəcək.

E-huquq.az-ın məlumatına görə, bunu Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov deyib.

O bildirib ki, Avropa İttifaqı Komissiyasının (European Union Commission) və Dünya Bankının (World Bank) – korporativ sosial məsuliyyət çərçivələrinə uyğun olaraq, sosial və ətraf mühit siyasətlərini könüllü, həmçinin maraqlı şəxslərlə qarşılıqlı münasibətlərinə inteqrasiya edilməsi məsələlərində KSM standartları üzrə cəmiyyətin həyatında iştirak edən mediatorların həyat şəraitini yaxşılaşdırmaq üçün Mediasiya Şurası öz əməkdaşları, onların ailələri, yerli əhali - bir sözlə, bütün cəmiyyətlə birlikdə həm kommunikasiya, həm də inkişafın xeyrinə olacaq tərzdə davamlı inkişafa töhfə vermək kimi Korporativ Sosial Məsuliyyət pinsiplərinin tətbiqi istiqamətləri üzrə təcrübəni öyrənərək tətbiq etməyi də qarşısına məqsəd qoyub.

N.Adilovun sözlərinə görə, Mediasiya Şurası Birləşmiş Millətlər Təşkilatının (BMT) və Avropa İttifaqı standartlarına keçid sahəsində KSM təcrübəsinin öyrənilməsini və tətbiqi siyasətininin öyrənilməsi üzrə də fəaliyyətini davam etdirəcək.

"Daxili və xarici Korporativ Sosial Məsuliyyət prinsiplərində mediatorların, Mediasiya təşkilatlarının cəmiyyət qarşısında sosial məsuliyyətli olmasını təşviq etməyi qarşısına məqsəd qoyan Mediasiya Şurası eyni zamanda mediasiya təşkilatları, mediatorları və eyni zamanda onları əhatə edən daxili və kənar münasibətlərdə də Korporativ Sosial Məsuliyyət prinsiplərinin tətbiq edəcək", - deyə sədr qeyd edib.

Oxşar xəbərlər