Xüsusi Komissiya 3 saylı Mediasiya Təşkilatında monitorinq apardı - FOTO


  • 27 Dekabr 2021 19:20

Mediasiya təşkilatlarının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiya tərəfindən həyata keçirilən monitorinqlər davam etdirilir.

Məlum olduğu kimi, Mediasiya Şurası İdarə Heyətinin 21.12.2021-ci il tarixlı qərarı ilə, yeni yaradılmış mediasiya təşkilatlarının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi və onların gələcək fəaliyyətlərinin zəruri monitorinqinin həyata keçirilməsi üçün Xüsusi Komisiya yaradılıb.

25.12.2021-ci il tarixdə Xüsusi Komissiyanın sədri Bəylər Məmişov, üzvləri - Esmira Hüseynova, Mayıl Əhməd, Elçin Həsənov, Anar İsayev Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, bina 78B ünvanında yerləşən 3 saylı Mediasiya Təşkilatında olmaqla, təşkilatın yerləşdiyi qeyri-yaşayış binasındakı ofis otaqları ilə tanış olublar. O cümlədən mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış şəraitin monitorinqini həyata keçiriblər.

3 saylı Mediasiya Təşkilatının təsisçisi Paşa Səfərov təşkilatda fəaliyyət göstərəcək mediatorlara müraciət edən vətəndaşlar və mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış işgüzar şəraitlə bağlı Komissiya üzvlərinə geniş məlumat verib.

Komissiya tərəfindən də ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.07.2019-cu il tarixli, 308 saylı qərarı ilə müəyyən edilmiş ödənişlərlə əlaqədar şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi, həmçinin Mediasiya Təşkilatında həyata keçiriləcək mediasiya işləri ilə bağlı kargüzarlığın qanunvericiliyin tələbinə uyğun şəkildə qurulması ilə bağlı təşkilatın təsisçisi Paşa Səfərova müvafiq tövsiyyələr verilib.

Sonda Komissiya tərəfindən təşkilatın ofisinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 11.3.3-cü maddəsinin tələbinə uyğunluğu yoxlanılmış və təşkilatın Mediasiya Şurasının reyestrinə daxil edilməsi məsələsinin müzakirəsi ilə bağlı İdarə Heyətinə təqdim olunması üçün rəy tərtib olunub.

Oxşar xəbərlər