Mediatorlar üçün istehlakçıların hüquqlarının müdafiəsinə dair keçirilən maarifləndirmə kurslarının ilk mərhələsi başa çatdı


  • 28 Dekabr 2021 16:51

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə mediatorlar üçün təşkil edilən istehlakçıların hüquqlarının müdafiəsinə dair maarifləndirmə kurslarının ilk mərhələsi başa çatıb və mediatorlara sertifikatlar təqdim edilib.

E-huquq.az xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Xidmətlə Mediasiya Şurası arasında möhkəm və dayanıqlı əməkdaşlığın qurulması istehlakçı hüquqlarının qorunması sahəsində operativliyin artırılmasına və nəticə etibarı ilə vətəndaş məmnuniyyətinin təmin edilməsinə səbəb olacağını bildirib. Xidmət rəisi həmçinin qurumun fəaliyyət sahələri haqqında məlumat verərək, iqtisadi ədalətin qorunması istiqamətində Ədliyyə Akademiyası ilə əməkdaşlığın inkişaf prespektivləri haqqında danışıb.

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov təlimlərin yüksək səviyyədə keçirildiyinə görə Dövlət Xidmətinə təşəkkür edib. Qeyd edib ki, bu cür təlimlərin təşkil olunması mediatorların bilik və təcrübəsini artıraraq fəaliyyətlərinin daha effektiv qurulmasına və nəticə etibarı ilə məhkəmələrin iş yükünün azalmasına səbəb olacaq.

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Dövlət Xidməti ilə əməkdaşlığın davamlı olmasının vacibliyini vurğulayıb. Bildirib ki, keçirilən ilk təlimin effektivliyi, informasiya yükü istehlakçı hüquqlarının qorunmasında önəmli olacaqdır.

Qeyd edək ki, mediatorların bilik və bacarıqlarının artırılmasına yönələn və bir həftə ərzində davam edən təlimlərdə istehlakçıların hüquqlarının müdafiəsi, təbii inhisarlar, istehlak bazarına nəzarət, keyfiyyət infrastrukturunun əsas prinsipləri barədə Dövlət Xidmətinin əməkdaşları tərəfindən təlim iştirakçılarına ətraflı məlumat verilib.

Bir 4 kişi ve ayakta duran insanlar görseli olabilir

Bir 4 kişi ve ayakta duran insanlar görseli olabilir

Bir 13 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 2 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Oxşar xəbərlər