"Mediasiya haqqında" Qanunun digər qanunvericilik aktları ilə əlaqəsi mövzusunda dəyirmi masa keçirilib - VİDEO


  • 6 Sentyabr 2022 16:02

Bakı 2 saylı Mediasiya Təşkilatında "Mediasiya haqqında" Qanunun digər qanunvericilik aktları ilə əlaqəsi mövzusunda dəyirmi masa keçirilib.

E-huquq.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mediasiya Şurasının üzvü Mayıl Bayramov mediasiya institunun Azərbaycanda fəaliyyətə başlaması barədə qısaca məlumat verib.

Daha sonra çıxış edən Mediasiya Şurasının Daxili Audit Komitəsinin sədri Mayıl Əhməd Şuranın gördüyü işlərdən danışıb. Həmçinin, ötən müddət ərzində keçirilən mediasiya prosesləri barədə statistikanı təqdim edib.

Müzakirələrdə Bakı 2 saylı Mediasiya Təşkilatının rəhbəri, təlimçi mediator İlhamə Həsənova və Mediasiya Şuranın üzvü Xanlar Bayramzadə də çıxış edərək mövzuya dair fikirlərini bölüşüblər.

Daha ətraflı aşağıdakı videoda izləyə bilərsiniz:

Oxşar xəbərlər