- 6 May 20:27
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçiriləcək.
E-huquq.az xəbər verir ki, iclasda Bakı Apellyasiya Məhkəməsinin sorğusuna baxılacaq.
Belə ki, fevralın 17-də keçiriləcək iclasda Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsi ilə həmin Məcəllənin 1108-ci maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair müraciəti araşdırılacaq.
Qeyd edək ki, Mülki Məcəllənin 1099-cu maddəsi hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti, 1108-ci maddəsi isə ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutur.