Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücünün məhkəməsi başlayır


  • 22 Avqust 2024 13:58

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sarvan Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Hakim Nigar İmanovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası avqustun 30-na təyin olunub.

Qeyd edək ki, Məhərrəmov Sarvan Şahlar oğlunun idarə etdiyi "Daewoo" markalı avtobus Bakı şəhəri, Sabunçu rayonu, Babək küçəsi 157 ünvanında yerləşən "Ayxan" marketin yaxınlığında yerləşən dayanacaqdan hərəkətə başlayarkən avtobusun içərisində olan sərnişin Cəfərova Tamella Nadir qızı ön giriş qapısından yıxılaraq avtobusun ön sağ təkəri altına düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər