Məzmuna keç

İmişlidə evlərdən oğurluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

İmişlidə evlərdən oğurluq etməkdə təqsirləndirilən Alim Məmmədlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilib.

Hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasınını vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Alim Məmmədli beş evə qanunsuz daxil olaraq zərərçəkmişlərin ümumilikdə 10 min manatdan artıq pulunu və dəyəri 35 min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə