Naxçıvanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Zakir Budaqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.
Hakim Gülsüm Əliyevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Zakir Budaqov idarə etdiyi avtomobillə yolu keçən Naxçıvan şəhər sakini, 2013-cü il təvəllüdlü Məmmədli Uğur Mehman oğlunu vurub. Dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılan uşağa sol çiyin və kəllə-beyin travması diaqnozu qoyulub. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
