İmişli-Biləsuvar avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sənan Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə İmişli-Biləsuvar avtomobil yolunun 6-cı kilometrliyində qeydə alınıb. “Toyota Prado” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində Ramil Bəhlul oğlu Vəliyev və Adil Kamil oğlu Sadıqov ölüblər, avtomobildə olan sərnişinlər Fatma Şərifova, Ramil Abdullah, Vüsal Muhəmməd müxtəlif dərəcəli xəsarətlər alıblar. S.Vəliyevə qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
