Məzmuna keç

Piyadanın ölümündə təqsirləndirilən sürücünün məhkəməsi başlayır

Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elvin Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Naxçıvan MR Şərur Rayon Məhkəməsinə göndərilib.

Hakim Seymur Qarayevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası sentyabrın 11-nə təyin olunub.

Qeyd edək ki, qəza Naxçıvan-Sədərək magistralında qeydə alınıb. Elvin Quliyev idarə etdiyi avtomobillə yolu keçən piyada Şərur rayon Dəmirçi kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Xəyal Əsgər oğlunu vuraraq öldürüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürüb.

Şəbnəm Mehdizadə